Polşanın Xarici İşlər Naziri - Sözümüzü yerinə yetirməliyik və Gürcüstana NATO-nun üzvü olmaq perspektivini verməliyik
Polşanın Xarici İşlər Naziri - Sözümüzü yerinə yetirməliyik və Gürcüstana NATO-nun üzvü olmaq perspektivini verməliyik

Gürcüstana 10 il bindan öncə verilən sözü yerinə yetirməliyik və bu ölkəyə NATO üzvlüyünün perspektivini verməliyik, – bu bəyanatı Polşanın Xarici İşlər Naziri İatsek Çaputoviç Birinci Kanalın jurnalisti ilə söhbət zamanı verdi.

“Təşkilatda müzakirə aparılır və fəqrli mövqelər var. Polşa Gürcüstanı dəstəkləyir. Son qərarın nə olacağı barədə indidən proqnoz vermək çətindir. Alyansın bir çox üzvü hesab edir ki, Gürcüstana verilən söz yerinə yetirilməlidir.

Hal-hazırda Bosniya-Hersoqovinanın NATO üzvlüyü ilə bağlı müzakirələr aparılır. Məncə gözləməliyik. Gürcüstanın NATO-ya üzv olmasına alyansın bəzi üzvləri skeptik yanaşırlar, ancaq bu problem deyil.

Rusiyaya gəlincə isə, Rusiya NATO-nun qərarına qarışa bilməz“, – dedi Yatsek Çaputoviç.