Polşada yol qəzası nəticəsində Gürcüstanın iki vətəndaşı həlak oldu, beşi isə xəsarət aldı
Polşada yol qəzası nəticəsində Gürcüstanın iki vətəndaşı həlak oldu, beşi isə xəsarət aldı

2018-ci il martın 16-da, Polşada baş verən yol qəzası nəticəsində Gürcüstanın iki vətəndaşı həlak oldu, beşi isə xəsarət aldı və onları yerli xəstəxanaya yerləşdirdilər. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, xəsarət alanların sağlamlıq durumu sabitdir.

“Məlumatın alınması anı Gürcüstanın Polşadakı konsulu, Teymuraz Purtseladze hadisə yerinə getdi. O, xəsarət alanları ziyarət etdi və yerli hüöuqmühafizəçilərlə görüş keçirdi.

Mövcud olan məlumata görə, xəsarət alanların sağlamlıq durumu sabitdir. İlkin məlumata görə, “Opel” markalı avtomobil yolda sürüşərək qarşıdan gələn avtobusa toqquşdu. Avtomobildə 7 insan var idi.

Gürcüstanın iki vətəndaşı hadisə yerindəcə həlak oldu. Xəsarət alan beş nəfərə isə ilkin tibbi yardım göstərildi və xəsətxanaya yerləşdirildi”, – Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.

Nazirliyin məlumatına görə, fakt üzrə istintaqa başlanıb.