Polşada son 24 saat ərzində koronavirusun rekord göstəricisi, 4 280 yeni halı qeydə alındı, 76 pasiyent isə, vəfat etdi
Polşada son 24 saat ərzində koronavirusun rekord göstəricisi, 4 280 yeni halı qeydə alındı, 76 pasiyent isə, vəfat etdi

Polşada son 24 saat ərzində koronavirusun rekord göstəricisi, 4 280 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır. Bu göstərici, dünən qeydə alınan göstəricidən 42.5 faiz ilə artıqdır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 76 pasiyent vəfat etdi. Qeyd olunan göstərici də rekord göstəricidir.

Epidemioloji durumun pisləşməsinə görə, Polşa hakimiyyəti Varşavada məhdudiyyətlərin sərtləşdirilməsini planlaşdırır.

Pandemiyanın başlamasından bu günə qədər, Polşada koronavirusun 111 mindən artıq halı təsdiq olunub, 2 867 pasiyent vəfat edib, 76 mindən artıq pasiyent müalicə olunaraq sağalıb.

Şərh yaz