Polşa sərhədində Belarus və Rusiya hərbi təlimi keçirilir
Polşa sərhədində Belarus və Rusiya hərbi təlimi keçirilir

Belarusda Polşa sərhədində birgə hərbi təlim keçirilir. İkitərəfli təlimdə Belarus və Rusiya hərbi hava qüvvələrinin 600-dək əsgər və 100-ə qədər texnika iştirak edir.

Təlimin fəal fazası Brest poliqonunda bu gün başladı və 12 aprel də daxil olmaqla davam edəcək.

Belarus silahlı qüvvələrinin nümayəndəsinin bəyan etdiyinə görə, birgə təlimlərin əsas mövzusu qanunsuz silahlı formalaşmaların aşkar edilməsi, onların təcrid və məhv edilməsidir.