Polşa prezidenti - Gürcüstanın NATO-ya üzv olması çox önəmli məsələdir
Polşa prezidenti - Gürcüstanın NATO-ya üzv olması çox önəmli məsələdir

Gürcüstanın NATO-ya üzv olması hər bir üzv üçün çox önəmlidir. Daha da artıq, mən deyərdim ki, bu həyati əhəmiyyətli məsələdir, – Birinci kanalın, Gürcüstanın NATO-da rol perspektivini nə cür gördüyünü sualına Polşa prezidenti Andjey Duda bu cür cavab verdi.

“Heçkim üçün sirr deyil ki, Gürcüstan yalnız Avropada deyil, həmçinin bütün dünyada özəlliklə strateji yer tutur.  Gürcüstanın NATO-ya üzv olması hər bir üzv üçün çox önəmlidir. Daha da artıq, mən deyərdim ki, bu həyati əhəmiyyətli məsələdir”,- Andjey Duda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə birlikdə keçirilmiş mətbuat konfransında bəyan etdi.

Gürcüstan prezidenti Varşavada rəsmi səfərlədir. İki ölkə prezidenti artıq üzbəüz görüşünü keçirdilər.