Polşa 46 ölkədən reysləri qəbul etməyəcək
Polşa 46 ölkədən reysləri qəbul etməyəcək

Polşa 46 ölkədən reysləri qəbul etməyəcək. Hökumət tərəfindən qəbul olunan qərarın işçi versiyasını yerli media yayır. Siyahıda Gürcüstan yoxdur.

Qeyd olunan qərarı ölkə, “COVID-19” pandemiyasına görə qəbul etdi.

46 ölkə arasında ABŞ, Fransa, İspaniya, Ermənistan, Qazaxıstan, Moldova, Rumıniya, Malta, Lüksemburq, İsrail və s. var.

Yeni qaydalar qüvvəyə 2 sentyabrdan minəcək.