Polis Qardabanidə baş verən soyğunçuluq faktı üzrə bir nəfəri yaxaladı
Polis Qardabanidə baş verən soyğunçuluq faktı üzrə bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları, aparılan operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1974-cü il təvəllüdlü Ş.İ.-ni soyğunçuluq ittihamı ilə yaxaladı. DİN-in məlumatına görə, cinayət 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən olundu ki, ittiham olunan Qardabani munisipalitetinin Qaratəhlə kəndində, vətəndaşa məxsus avtomobildən 100 000 lari oğurladı və hadisə yerindən qaçıb gizləndi.

Polis Ş.İ.-ni baş verənlərdən tezliklə, Rustavi şəhərində yaxaladı. Hüquqmühafizəçilər oğurlanan məbləğin bir hissəsini əşyayi dəlil kimi çıxardı”, – DİN-də bəyan edirlər.

İdarənin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə aparılır.