Polis Kaxetidə yetkinlik yaşına çaytmayanın zorla evləndirilməsi ittihamı ilə bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, Prokurorluqla koordinasiya ilə, valideyn tərəfindən yetkinlik yaşına çaytmayanın zorla evləndirilməsi ittihamı ilə bir nəfəri yaxaladı.

DİN-in məlumatına görə, hüquqmühafizəçilər tərəfindən keçirilən əməliyyat nəticəsində məlum oldu ki, Saqareco rayonunun Yor-Muğanlı kəndində, yetkinlik yaşına çaytmayan qızı atası, 1975-ci ilə təvəllüdlü M.M. evlənməyə məcbur edirdi.

“Qız artıq sığınacağa aparılıb və onun sağlamlığını təhlükə hədələmir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima-150 prima maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır.

Cinayət 2 ildən 4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.