Polis Bolnisidə qəsdən qətl faktının üstünü açdı - bir nəfər yaxalanıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları, keçirilən operativ-axtarış istintaq tədbirləri nəticəsində, 1963-cü il təvəllüdlü N.B.-nı qəsdən qətl ittihamı ilə yaxaladı.

DİN-in məlumatına görə, istintaq ilə müəyyənləşdirildi ki, ittiham olunan şəxs Bolnisi munisipalitetinin Samtsverisi kəndində, həmkəndlisi – 1949-cu il təvəllüdlü F.A.-nı. qısqancılıq zəmnində, soyuq silhdan istifadə edərək, ürək nahiyyəsinə ölümcül xəsarət yetirdi.

“Hüquqmühafiəçilər ittiham olunanı baş verənlərdən tezliklə, elə həmin kənddə yaxaladı. O, cinayəti etiraf edir. Polis biçağı əşyayi dəlil kimi götürdü.

İstintaq qəsdən qətl faktı üzrə, Gürcüstan CM-nin 108-ci maddəsi ilə aparılır. Cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrum etməni nzərdə tutur”, – DİN-in məlumatında qeyd edilir.