Polad Bülbüloğlu - Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyətin verilməsinə hazırdır
Polad Bülbüloğlu - Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyətin verilməsinə hazırdır

Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyətin verilməsinə hazırdır, – bu barədə Azərbaycanın Rusiyadakı səfiri, Polad Bülbüloğlu mətbuat konfransında bəyan etdi.

“Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”, – Azərbaycanlı diplomat bəyan etdi.

Polad Bülbüloğlunun bəyan etdiyinə görə, Dağlıq Qarabağdakı evlərini tərk etmək məcburiyyətində qalan bütün azərbaycanlılar oraya qayıdacaqlar. Azərbaycan səfiri deyir ki, bir milyon azərbaycanlı ata-babalarının yaşadığı ərazilərdən qovulub və onların qaytarılması üçün müvafiq infrastruktur yaradılacaq.