Petro Poroşenko Ukraynada müharibə vəziyyəti barəsində sərəncama imza atdı
Petro Poroşenko Ukraynada müharibə vəziyyəti barəsində sərəncama imza atdı

Ukrayna prezidenti Petro Poroşenko Ukraynada müharibə vəziyyəti barəsində sərəncama imza atdı. Rejim 26 noyabr saat 15:00-dan 25 yanvar saat 15:00-a qədər davam edəcək.

Ukrayna Milli Təhlukəsizlik və Müdafiə sərəncamı 12 müddəadan ibarətdir. Qeyd olunasıdır ki, son müddəa məxviləşdirilibdir.

Prezidentin sərəncamını indi Ali Rada təsdiq etməlidir.

Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.

Ukrayna Milli Təhlükəsizlik Şurası 60 günlük müharibə vəziyyətinin elan edilməsi təşəbbüsünü irəli sürdü. Ukrayna prezidenti, Petro Poroşenko təşəbbüsü dəstəklədi.