Petro Poroşenko - Rusiya Donbasda "Cənubi Osetiya" və "Dnestryanı" ssenarisini həyata keçirməyə çalışır
Petro Poroşenko - Rusiya Donbasda "Cənubi Osetiya" və "Dnestryanı" ssenarisini həyata keçirməyə çalışır

Rusiya Donbasda “Cənubi Osetiya” və “Dnestryanı” ssenarisini həyata keçirməyə çalışır, – bu barədə bəyanatı Ukraynanın qüvvədə olan prezidenti Petro Poroşenko verdi.

O xüsusi video-müraciətini, Rusiya prezidentinin Donetsk və Luqanskın özünü elan elan respublikaların sakinləri üçün Rusiya pasportlarının verilməsi qaydalarını asanlaşdırmasından sonra yaydı.

Poroşenko bəyan edir ki, Kreml Ukraynaya qarşı yeni aqressiya hazırlayır.

Onun dediyinə görə, Putin Minsk razılaşmasını pozmaq istəyir.

“Beynəlxalq partnyorlarımıza müraciət edirəm ki, hadisələrin ən pis ssenari ilə davam etməsinə izin verməsinlər. Onlar Rusiaya qarşı sanksiyaları dahada sərtləşdirməlidirlər” – dedi Poroşenko.

Poroşenkonun dediyinə görə, Ukraynanın Xarici İşlər Nazirliyi bu məsələnin müzakirəsini BMT-nin təhlükəsizlik şurasında müzakirə edilməsini tələb edəcək.