Peşə məktəbinin diplomu tam ümumi təhsil diplomu ilə bərabərləşdirilir
Peşə məktəbinin diplomu tam ümumi təhsil diplomu ilə bərabərləşdirilir

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi peşə təhsili sisteminin islahatına başlayır. Dəyişiklik bir neçə istiqamət ilə planlaşdırılır.

Nazirliyin məlumatına görə, Peşə məktəbinin diplomu tam ümumi təhsil diplomu ilə bərabərləşdirilir.

Tam ümumi təhsili olan şəxslər, peşə proqramlarında da oxuya bilərlər.

Qısamüddətli hazırlıq kursları tədbiq olunacaq. Bununla yanaşı qeyri-formal təhsilinin etiraf edilməsinin mexanizmlərinin tədbiqi planlaşdırılır.

Peşə məktəbində sahibkarlıq təhsili və innovasiya texnologiyalarının öyrədilməsi gücləndiriləcək. Multitexnologiya mərkəzləri inkişaf etdiriləcək.

Nazirlikdə bəyan edirlər ki, dəyişikliklər özəl bölmənin maksimal qoşulması ilə baş verəcək. İslahat, pilot rejimində cari ilin martından başlayacaq.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri təqdimatı bu gün etdi.

Şərh yaz