Penitensiar Xidmətin rəhbəri- məhbus Saakaşvili bir müddətdir ki, qida əlavələri, o cümlədən qida sayılan maye və qeyri-maye qəbul etməyə başlayıb
Penitensiar Xidmətin rəhbəri- məhbus Saakaşvili bir müddətdir ki, qida əlavələri, o cümlədən qida sayılan maye və qeyri-maye qəbul etməyə başlayıb

 

Xüsusi Penitensiar Xidmətin rəhbəri Nika Tsxvaraşvili bildirir ki, məhbus Mixeil Saakaşvili bir müddətdir ki, qida əlavələri, o cümlədən maye və qeyri-maye qəbul etməyə başlayıb.

Tsxvaraşvilinin jurnalistlərə də dediyi kimi, bu sadalananlar yemək sayılır.

“Təsdiq edirəm ki, məhbus Saakaşvili bir müddətdir ki, qida əlavələri, o cümlədən maye və qeyri-maye, eləcə də konkret təyinatı olan şirələr qəbul edir və o, bu müddəti məhz bu əlavələri qəbul etmək hesabına keçirib. Saakaşvili, onun vəziyyətində olan bir insanın ehtiyyac duyduğu bütün lazımi qida əlavələrini qəbul edir. Bu, əlbəttə ki, qida hesab olunur, çünki bir neçə aclıq növü var – mütləq, tam, natamam. Müvafiq olaraq, insanın nəyisə qəbul etməsi və bunun aclığa sayılmaması , bütün bunlar sadaladığımız aclıq növlərinin heç birinə daxil deyil, “- Tsxvaraşvili bildirib.

Xüsusi Penitensiar Xidmətin rəhbəri qurum tərəfindən Mixeil Saakaşvilinin qida qəbulu ilə bağlı kadrlarının mümkün ictimailəşdirilməsi məsələsinə də toxunub və qeyd edib ki, bu məsələ hazırkı mərhələdə müzakirə mövzusudur.

“Bir daha təsdiq edirəm ki, adıçəkilən şəxs bir müddətdir qida əlavələri qəbul edir. Kadrların ictimailəşdirilməsinə gəlincə, buna hələlik dəqiq cavab verə bilmərəm, çünki bu, hazırda müzakirə olunan bir sıra amillərdən asılıdır. Bu, bir sıra amillərdən asılıdır ki, bu da müzakirə mövzusudur, çünki Mixeil Saakaşvili sağlamlığına və təhlükəsizliyinə görə 24 saat boyunca video-nəzarətdə saxlanılır. Bütün bunları dərc etməyin məqsədəuyğun olub-olmamasına dair müzakirə aparılır”-deyə Nika Tsxvaraşvili bildirib.