Penitensiar Xidmət video kadrlar yayır, onların verdiyi məlumata görə kadrlarda Mixeil Saakaşvili tərəfindən qidanın qəbul edilməsi əks olunub
Penitensiar Xidmət video kadrlar yayır, onların verdiyi məlumata görə kadrlarda Mixeil Saakaşvili tərəfindən qidanın qəbul edilməsi əks olunub

 

 Penitensiar Xidmət 12-ci cəzaçəkmə müəssisəsindən, konkret olaraq Mixeil Saakaşvilinin həbsxana kamerasında çəkilən video kadrları yayır.

Video kadrlarda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin sıyıq qəbul etdiyi əks olunub.

Penitensiar Xidmət tərəfindən yayılan məlumatda da qeyd olunduğu kimi, bəhsi keçən video material məhbus Saakaşvilinin yemək və təbii şirələri necə qəbul etdiyini əks etdirir.

“Yüksək ictimai maraqdan dolayı, Mixeil Saakaşvili tərəfindən qida qəbulu ilə bağlı faktların müəyyən hissəsini ictimailəşdiririk. Bəhsi keçən video material məhbus Mixeil Saakaşvilinin günün müxtəlif hissələrində yemək və təbii şirələri necə qəbul etdiyini əks etdirir.
Həmçinin , Mixeil Saakaşvilinin qəbul etdiyi qidaların əks olunduğu foto materialları da ictimailəşdiririk”, – deyə məlumatda bildirilir.

Mixeil Saakaşvilinin qida qəbul etməsi  ilə bağlı bəyanatı dünən ədliyyə naziri Rati Breqadze verib.

“Mixeil Saakaşvili indi də sıyıq, təbii şirələr qəbul edir, dediklərimizi sübutlar təsdiqləyir. Bu qidadır, bu artıq tibbi təyinat deyil, bu məhbusun qəbul etdiyi qidadır”, – deyə Breqadze bildirib.