Pele Paris xəstəxanasındadır
Pele Paris xəstəxanasındadır

Braziliyalı fulbol əfsanəsi, üçqat dünya çempionu Pele Parisin xəstəxanalarından birinə düşdü, – bu barədə “Sky Sports” yazır. Jurnalistlər dəqiqləşdirirlər ki, forvardın həyatı təhlükədə deyil.

“Le Parisien” qəzetinin yazdığına görə, 78 yaşlı Pelenin hospitallaşdırılması yalnız, onun vətənə qayıtmasına qədər profilaktik addım idi. Onun ətrafındakılar qərar verdilər ki, onun yoxlanılması lazımdır.

Parisdə Pele reklam aksiyasında iştirak edirdi. O, fotosessiya keçirdi. Həmçinin 5 saat ərzində jurnalistlərin suallına cavab verirdi.