Paytaxtda milad "alilosu" keçiriləcək
Paytaxtda milad "alilosu" keçiriləcək

Milad Bayramı ilə bağlı, Tbilisidə bu gün ənənəvi “alilo” təşkil ediləcək. Yürüş Sameba Kafedral Məbədində başa çatacaq. Məbəddə hədiyyələr toplanacaq və onlar qayğısız olan uşaqlar evlərinə, qocalar evinə və penitensial müəssilələrinə göndəriləcək.

“Aliloda” hamı iştirak edə bilər. Yürüş saat 14:00-da İlk Respublika Meydanından başlayacaq.

“Alilo” iştirakçıları hədiyyələri yoldan da toplayacaqlar. Gürcüstan Parlamentini sədri İrakli Kobaxidze və parlamentin üzvləri ənənəvi olaraq onları parlamentin binası qarşısında qarşılayacaqlar.

Yürüş Tbilisidən başqa, Gürcüstanın bölgələrində də təşkil ediləcək.