Paytaxt merliyinin bir ili - Kaxa Kaladze Tbilisililərə ona verdikləri dəstək üçün təşəkkür edir
Paytaxt merliyinin bir ili - Kaxa Kaladze Tbilisililərə ona verdikləri dəstək üçün təşəkkür edir

Paytaxtın meri Kaxa Kaladze Tbilisi əhalisinə ona verdiyi dəstək və meriya ilə əməkdaşlıq etdiyi üçün təşəkkür edir.

Yaydığı video-müraciətdə Kaladze deyir ki, noyabrın 13-də paytaxt merliyinə başlamasından bir il tamam oldu və bu müddət ərzində, onun üçün Tbilisililərdən hər zaman hiss etdiyi dəstək böyük stimul oldu.

Kaladzenin dediyinə görə, bir il ərzində bir çox maraqlı və əhəmiyyətli layihələr həyata keçirildi, ancaq hələdə, əhali ilə birgə həyata keçirəcəyi önəmli layihələr və həl edilməsi gərəkən problemlər var.

Kaxa Kaladze dedi ki, yaxın gələcəkdə, bir il ərzində həyata keçirdikləri işlərin hesabatını təqdim edəcək.