Paytaxt merinin dediyinə görə, yeni mikroavtobusların gətirilməsi yolçuluq tariflərinin artırılmasını nəzərdə tutmur
Paytaxt merinin dediyinə görə, yeni mikroavtobusların gətirilməsi yolçuluq tariflərinin artırılmasını nəzərdə tutmur

“Mikro-avtobus Tbilisi” və Tbilisi meriyası arasında razılıq əldə edilib və yeni mikro-avtobusların işə salınmasından sonra, yolçuluq tarifləri artmayacaq. Danışıqlarda iştirak edən hərkəsi və xüsusi ilə də vitse-mer İrakli Xmaladzeyə təşəkkürümü bildirirəm” – bu bəyanatı  Tbilisinin meri Kaxa Kaladze bu gün paytaxt hökümətinin iclasında verdi.

“Əslində şirkət çox ağır vəziyyətdədir və praktiki olaraq, mikroavtobusların əvəz edilməsi üçün yetərli resursları yoxdur. Ona görə də, şirkət tərəfindən tariflərin artırılması əslində legitim bir addım olacaqdı, ancaq biz şirkətlə razılaşdıq və memorandum imzaladıq. Meriya və şirkət bərabər işləyəcəklər və köhnə mikroavtobuslar yolçu tarifi artmadan yeniləri ilə əvəz ediləcəklər” – dedi vitse-mer İrakli Xmaladze.