Patriarxlıq tarixçi, Giorgi Otxmezurinin vəfat etməsinə görə, kədərləndiyini ifadə edir
Patriarxlıq tarixçi, Giorgi Otxmezurinin vəfat etməsinə görə, kədərləndiyini ifadə edir

Gürcüstan Patriarxlığı tarixçi, Giorgi Otxmezurinin vəfat etməsinə görə, kədərləndiyini ifadə edir.

“Gürcü ictimaiyyəti tanınmış alim, tarixçi, TDU-nun professoru, cənab Giorgi Otxmezuri ilə vidalaşır.

“Cənab Giorgi illər ərzində gürcü elminə sədaqətli xidmət edirdi, Gürcüstan tarixi, mənbələrin araşdırlması, gürcü epiqrafika və paleoqrafikanın öyrənilməsi və inkişafı istiqamətində onun xidməti çox böyükdür.

Eyni zamanda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində nəsillər böyüdürdü və onlarda ölkə və tarix sevgisini tədbiq edirdi.

Cənab Giorgi Otxmezurinin vəfat etməsinə görə, kədərləndiyimizi ifadə edirik və onun ailəsinə, yaxınlarına, həmkarlarına və tələbələrinə başsağlığı veririk.

Tanrı onun ruhunu şad etsin”, – Patriarxlığın başsağlığı məktubunda deyilir.

Tarixçi, Giorgi Otxmezuri bu gün 66 yaşında dünyasını dəyişdi. Onu son mənzilə 22 yanvarda, saat 14:00-da Sioni Kafedral Məbədindən uğradacaqlar.