Pasportların qlobal güclülük indeksində Gürcüstan pasportu 39-cu yerdən 15-yerə irəliləyib
Pasportların qlobal güclülük indeksində Gürcüstan pasportu 39-cu yerdən 15-yerə irəliləyib

Pasportların qlobal güclülük indeksi  (The Passport Index) koronavirusa görə, qoyulan səyahət məhdudiyyətlərinə görə yeniləşdirilib.

Yeni göstəricilərə əsasən, gürcü pasportu hazırda 15-ci yerdədir. 2019-cu ildə isə, 39-cu yerdə idi.

Siyahıda birinci yerdə Yaponiya və Yeni Zelandiyadır.

Pasportların indeksi servisinin sahibi Kanadanın Arton Capital şirkətidir.

Pasportların reytinqləri isə, pasport sahiblərinin səyahət azadlığı imkanlarına əsaslanır.

Veb-səhifənin göstəricilərinə görə, Gürcüstan pasportu ilə vizasız 57 ölkədə səyahət etmək olar. 35 ölkədə Gürcüstan vətəndaşlarına viza sərhəddə verilir. 106 ölkəyə isə, sadəcə viza ilə səyahət edə bilirlər.