Paskal Menie Mamuka Baxtadzeyə Fransanın baş nazirinin rəsmi təbrikini çatdırdı
Paskal Menie Mamuka Baxtadzeyə Fransanın baş nazirinin rəsmi təbrikini çatdırdı

Gürcüstanın baş naziri Mamuka Baxtadze Fransanın Gürcüstandakı səfiri ilə görüşdü.

Hökumət administrasiyasının məlumatına görə, diplomat Gürcüstanın hökumət başçısına Fransanın baş nazirinin rəsmi təbrikini çatdırdı.

Görüşdə söhbət iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqlərə aid oldu. Fransa səfiri Gürcüstan hökuməti tərəfindən həyata keçirilən islahatları müsbət dəyərləndirdi.

Bizneslər arasında əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirildi. Fransalı diplomat “daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsünü müsbət dəyərləndirdi.

Tərəflər həmçinin maarifləndirmə sahəsində məkdaşlıq barəsində söhbət etdilər.