Parlamentin yanında "Gürcü marşı" və "Gürcü missiyası"-nın üzvləri həbs edildilər (Video/Foto)

Tbilsidə, parlament binasının yanında “Gürcü marşı”-nın və “Gürcü missiyası”-nın üzvləri həbs edildilər.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, aksiya üzvləri Dövlət Dəftərxanasının binasına çıxmağa çalışdılar.

“Gürcü marşı” və “Gürcü missiyası”-nın üzvləri Gia Korkotaşvili və Quram Palavandişvili sorğulanmağa getməkdən imtina edirdilər və polisə müqavimət göstərirdilər.

Onlar bəyan edirlər ki, polis onları neytralizə etməyə çalışır.

“Gürcü marşı”-nın üzvləri polisdən həbs edilənlərin dərhal azad edilmələrini və LGBT icmasını dəstəkləməyi buraxmalarını tələb edirlər.