Parlamentin sədrinin mühafizəsi əməkdaşında koronavirus aşkar edildi, Arçil Talakvadze izolasiyadadır
Parlamentin sədrinin mühafizəsi əməkdaşında koronavirus aşkar edildi, Arçil Talakvadze izolasiyadadır

Parlamentin sədrinin mühafizəsi əməkdaşında koronavirus aşkar edildi. Məlumatı Parlamentin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, təhlükəsizlik protokoluna müvafiq olaraq, başqa şəxslərlə birlikdə, Parlamentin sədri və onun ailəsi üzvlərinə də “PCR” test edildi.

“Cavab mənfidir. Onlarda koronavirus təsdiq olunmadı. Təhlükəsizlik protokoluna müvafiq olaraq, Parlamentin sədri izolasiyaya keçdi”, – Parlamentin mətbuat xidmətinin bəyanatında deyilir.