Parlamentin Prosedur Komitəsində Valeri Qelaşvilinin deputat səlahiyyətinin tanınması barəsində müzakirə aparılacaq
Gürcüstan Parlamentinin Prosedur Komitəsi Valeri Qelaşvilinin deputat səlahiyyətinin tanınması barəsində müzakirə aparacaq. Komitənin iclası sabaha təyin edilib.
Doqquzuncu çağırış Parlamentində Valeri Qelaşvili Karlo Kopalianini əvəz edəcək. Kopalininin deputat səlahiyyəti ötən sessiya həftəsində dayandırıldı.