Parlamentin payız sessiyası gələn həftə açılacaq
Parlamentin payız sessiyası gələn həftə açılacaq

Gürcüstan Parlamentinin fəaliyyəti rəsmi olaraq gələn həftə açılacaq.

Reqlamentə uyğun olaraq Parlamentin payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır. Gürcüstanın Birinci Kanalının məlumatına görə, sentyabrın 3-də plenar iclas keçiriləcək, halbuki ona qədər deputatlar büro islası formatında toplaşacaqlar.

Payız sessiyası çərçivəsində, qanunvericilik orqanı bir neçə önəmli kadr qərarını qəbul etməli olacaq, o cümlədən Ali Məhkəmənin hakimliyinə namizədləri dinləməli və 20 hakimi seçməlidir.

Bununla yanaşı, yaz sessiyasında təxirə salınan illik hesabatları dinləməlidir – Baş nazir, Xalq Müdafiəçisi, Baş Prokuror və Audit Xidməti.

Reqlamentə uyğun olaraq Parlamentin payız sessiyası dekabrın üçüncü cümə günü bağlanacaq.