Parlamentin növbədənkənar iclası 27 yanvarda keçiriləcək
Parlamentin növbədənkənar iclası 27 yanvarda keçiriləcək

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadzenin bəyan etdiyinə görə, 27 yanvarda Parlamentin büro iclasından sonra, növbədənkənar iclas keçiriləcək.

“Büroda müzakirə olunan məsələlərdən irəli gələrək, Parlament adından Gürcüstan prezidenti, Salome Zurabişviliyə müraciət edəcəm ki, konstitusiyanın 44-cü maddəsinin ikinci müddəasına müvafiq olaraq, 27 yanvar saat 12:00-dan Gürcüstan Parlamentinin növbədənkənar iclasını çağıraq. Söhbət etdiyimiz məsələlərin başa çatdırılması üçün ən azından bizə iki işçi gün lazım gələcək. 27 yanvarda, saat 11:30-da büro iclasımız olacaq, saat 12:00-da isə, artıq plenar iclasına başlayacağıq. Bununla bağlı prezidentə yazılı şəkildə müraciət edəcəm”, – Talakvadze bəyan etdi.