Parlamentin xarici əlaqələr komitəsində Zurab Abaşidzeni dinləyəcəklər
Parlamentin xarici əlaqələr komitəsində Zurab Abaşidzeni dinləyəcəklər

Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsində Zurab Abaşidzeni dinləyəcəklər.

Abaşidze deputatlara Rusiya ilə dialoq barəsində məlumat çatdıracaq.

İclasda söhbət Gürcüstanın işğal olunmuş ərazilərinə, tanımamaq siyasətinə, Beynəlxalq Cenevrə danışıqlarına və Abaşidze-Karasin formatına aid olacaq.

Komitə iclasına həmçinin Gürcüstan Xarici İşlər nazirinin müavini, Laşa Darsaliya çağrılıb.

Xarici əlaqələr komitəsinin sədri, Sopo Kasaravanın bəyan etdiyinə görə, bənzər komitə dinləmələri önəmlidir.

Bu günki iclas media üçün qapalı olacaq.

Şərh yaz