Parlamentin iclasında Hüquq Komitəsinin yeni sədrini seçəcəklər
Parlamentin iclasında Hüquq Komitəsinin yeni sədrini seçəcəklər

Gürcüstan Parlamenti bu gün Hüquq Komitəsinin yeni sədrini seçəcək. Komitənin sədrinin seçilməsi məsələsi artıq plenar iclasının gündəminə daxil edilib.

Parlament çoxluğu qeyd olunan vəzifəyə Anri Oxanaşvilini təqdim etdi.

Hüquq Komitəsinin vəzifəsi, keçən il qeyd olunan vəzifəni Eka Beseliya tərk etdikdən sonra vakant oldu. Komitənin sədr vəzifəsini bu vaxta qədər David Matikaşvili yerinə yetirir.

Parelament azlığı Anri Oxanaşvilinin namizədliyini dəstəkləməyəcək.