Parlamentin iclasına müxalifətin nümayəndələri də qoşuldular 
Parlamentin iclasına müxalifətin nümayəndələri də qoşuldular 

Parlamentin növbədən kənar sessiyasının bu günki plenar iclasına müxalifətin nümayəndələri də qoşuldular.

Prosedur Məsələləri və Qaydaları Komitəsi bu gün Gela Mikadze, Pridon İnciya və David Zilpimianinin deputat səlahiyyətini tanıdı. Qeyd olunan məsələni sesverməyə komitə “Vətənpərvərlər Aliyansının” liderləri İrma İnaşvili, Giorgi Lomaiya və Qoça Tevdoradze deputat mandatından imtina etdikdən sonra qoydu. Gela Mikadze, Pridon İnciya və David Zilpimiani Parlamentdə məhz onların əvəzediciləri idilər.

“Vətənpərvərlər Aliyansı” Parlament seçkilərində dörd mandat qazandı. İrma İnaşvili, Giorgi Lomaiya və Qoça Tevdoradze Parlamentə daxil olmaqdan imtina etdilər. Onların deputat səlahiyyətləri dayandırıldı. Partiya tərəfindən əldə olunan dördüncü mandata gəldikdə, “Vətənpərvərlər Aliyansının” siyasının dördüncü nömrəsi, Avtandil Enukidze bəyan etdi ki, deputat mandatından imtina etməyi planşdırmır və Parlamentə daxil olacaq.