Parlamentin iclas zalına bilinməyən maddə atıldıqdan sonra, təcili tibbi yardım çağırıldı [Foto/Video]

Parlamentin iclas zalına bilinməyən maddə atıldıqdan sonra, təcili tibbi yardım çağırıldı.

İclas zalında ağır iy yayıldıqdan sonra deputatlardan biri Endzela Maçavariani pis oldu və ona təcili tibbi yardım çağırıldı.

Daha sonra, parlamentin yenə bir üzvü özünü pis hiss etdi və xəstəxanaya aparıldı.

Deputat İrakli Kobaxidzenin dediyinə görə, iclas zalına müxalifətçi deputat daxil oldu və içəri bilinməyən maddə gətirdi.

Maddənin gətirilməsində şübhəli olan müxalifətçi isə, İrma Nadiraşvilidir.

Baş verən hadisə ilə bağlı istintaq aparılır.