Parlamentin Hüquq Komitəsi iclasında İrakli Şotadzeni dinləyəcəklər
Parlamentin Hüquq Komitəsi iclasında İrakli Şotadzeni dinləyəcəklər

Gürcüstan Parlamentinin Hüquq məsələləri üzrə Komitəsi iclasında baş prokurorluğa namizəd, İrakli Şotadzeni dinləyəcəklər.

Parlamentə İrakli Şotadzenin namizədliyini Prokurorluq Şurası təqdim etdi. İrakli Şotadzenin namizədliyinin plenar iclasa səsverməyə cari həftə çıxarılması mümkündür. İrakli Şotadzeyə vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyi lazım gələcək.

Prokurorluq Şurası gizli səsvermə nəticəsində Gürcüstan baş prokuroru namizədliyinə İrakli Şotadzeni 7 fevralda seçdi. Qanunvericiliyə əsasən, Parlament baş prokuroru altı il müddətinə seçir.

Komitə iclası saat 14:00 radələrinə təyin edilib.