Parlamentdə Laşa Darsaliya ilə qapalı görüş keçiriləcək
Parlamentdə Laşa Darsaliya ilə qapalı görüş keçiriləcək

Parlamentin müstəqil üzvləri, Eka Beseliya və Zviad Kvaçantiradzenin təşəbbüsü ilə, Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya hökumət komissiyasının sədri, Laşa Darsaliya ilə qapalı görüş keçiriləcək.

Görüşdə dövlət sərhədinin delimitasiya və demarkasiya hökumət komissiyasının işi barəsində məlumat çatdırılacaq.

Müstəqil deputat Eka Beseliya ümid edir ki, qapalı formatda David Qareci monastr kompleksi məsələsi barəsində daha artıq məlumat dinləyəcəklər.