Parlamentdə interpelasiya qaydası ilə, bu gün Giorgi Qaxariyanı dinləyəcəklər
Parlamentdə interpelasiya qaydası ilə, bu gün Giorgi Qaxariyanı dinləyəcəklər

Baş nazir, Giorgi Qaxariyanı bu gün Parlamentdə interpelasiya qaydası ilə dinləyəcəklər.

Qanunvericilik orqanında Giorgi Qaxariya “Milli Hərəkat” və “Avropa Gürcüstanı” deputatlarının suallarına cavab verəcək.

“Milli Hərəkat” partiyasının üzvü, Salome Samadaşvilinin bəyan etdiyinə görə, Giorgi Qaxariyaya verilən suallar əsasən ölkənin iqtisadiyyatı və anti-böhran planına aid olacaq.

Parlament çoxluğunun üzvü, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, interpelasiya formatında göndərilən sualları müxalifət baş nazirə 27 mayda artıq verdi.

Baş nazirin interpelasiya qaydası ilə dinləmədə müstəqil deputatlar iştirak etməni planlaşdırmırlar.

Parlamentin yeddi üzvlük qrupu və ya fraksiyasının hüququ var ki, interpelasiya qaydası ilə, Gürcüstan hökumətinin üzvünə suallar ilə müraciət etsin.

Bununla yanaşı, cari həftədə baş nazir Parlamentə artıq 27 mayda getmişdi.