Parlamentdə qanunlayihə təhrik olundu ki, ona da əsasən ölkəyə yalnız ÜST tərəfindən etiraf olunmuş vaksinin daxil edilməsi mümkün olacaq
Parlamentdə qanunlayihə təhrik olundu ki, ona da əsasən ölkəyə yalnız ÜST tərəfindən etiraf olunmuş vaksinin daxil edilməsi mümkün olacaq

“Gürcü Arzusunun” icra katibi, Mamuka Mdinaradzenin bəyan etdiyinə görə, Gürcüstan Parlamenti hökumət və Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək milli vaksinasiya proqramını tamamilə dəstəkləyir.

“Müvafiq olaraq, Parlamentdə “ictimai sağlamlıq” haqqında qanuna dəyişikliklərin edilməsi barəsində qanunlayihə təhrik olundu ki, ona da əsasən ölkəyə yalnız Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən etiraf olunmuş vaksinin daxil edilməsi mümkün olacaq. Bununla yanaşı, edilən peyvəndlərdən sonra yan təsirlərin və ya çətinləşmələrin inkişafı təqdirində, dövlət qanunla müəyyən olunmuş qaydayla, əhalinin pulsiz tibbi xidmətini və reabilitasiyasını təmin edəcək”, – Mamuka Mdinaradze bəyan etdi.

Mdinaradzenin dediyinə görə, “Gürcü Arzusu” hakimiyyəti fəal işləyir və müvafiq hazırlıq işlərini yerinə yetirir ki, koronavirusa qarşı vaksinasiyanın daxil olmasını logistik, o cümlədən qanunvericilik baxımından hazırlıqlı qarşılasın.