Parlamentdə avtokefaliyanın bərpasının 100 illiyi ilə bağlı qəbul təşkil edildi
Parlamentdə avtokefaliyanın bərpasının 100 illiyi ilə bağlı qəbul təşkil edildi

Parlamentin Şota Rustaveli salonunda bu gün Gürcüstanın apostolik pravoslav kilsəsinin dayandırılmış avtokefal idarəçiliyinin bərpasının 100 illiyinə həsr olunmuş “din və ictimai həyat” beynəlxalq konfrans çərçivəsində qəbul təşkil edildi.

Tədbirdə beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrdən nümayəndə heyəti, parlamentin üzvləri və dini şəxslər iştirak edirdilər.

Gürcüsran parlamenti sədrinin müavini, Giya Volski qəbulda Gürcüstan apostolik pravoslav kilsəsinin rolu və pravoslav aləmdə onun yerinə diqqət yetirdi.

“Gürcüstan pravoslav aləmində xüsusi yer tutur. Tarix bunun şahididir”, – Volski qeyd etdi.

Qəbula paralel olaraq “Gürcüstan kilsəsi 1917–2017-ci illərdə” fotosərgi təşkil edildi.