Parlament üzvləri azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibətilə təbrik etdilər
Parlament üzvləri azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibətilə təbrik etdilər

Diaspora və Qafqaz Məsələlər Komitəsinin sədri Beka Odişaria və Parlament üzvləri Novruz Bayramı ilə əlaqədar tədbirdə iştirak etdilər.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Parlament adından azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibətilə Beka Odişaria təbrik etdi və ənənəvi gürcü nübər hədiyyə etdi.

“Həm Gürcüstanda, həm də Gürcüstanın hüdudlarından kənarda yaşayan çoxəsrlik tarixə sahib qardaş millətin Novruz Bayramını ürəkdən təbrik etmək istəyirəm. Bu gün Gürcüstan Parlamentinin Azərbaycan xalqı ilə qardaşlığını ifadə etmək üçün bütün komitələrin nümayəndələri və çoxsaylı qadın deputatları ilə təmsil olunması diqqətəlayiqdir. Qürurla demək istəyirəm, beşinci ildir ki, Diaspora və Qafqaz Məsələlər Komitəsinə sədrlik etməklə yanaşı, Krtsanisi və Mtatsmindanın majoritar deputatıyam, burada tamamilə bərabərhüquqlu vətəndaşlar, azərbaycanlı əhalinin böyük hissəsi məskunlaşıb. Etnik azlıqlardan bəhs edərkən, bu ehtimal ki, şərti bir anlayışdır, çünki biz bir ölkənin övladlarıyıq. Mirzə Fətəli Axundov və Akaki Tsereteli kimi bütün ictimai xadimlərə, filosoflara, sənətkarlara, mədəniyyətşünaslar və digərlərinə, millətlərimizi həm siyasi, həm geostrateji, həm də mədəni olaraq sonsuza qədər bağlayan bütün insanlara təşəkkür etmək istəyirəm.  Bildiyiniz kimi, Akaki Tsereteli “Xanın Vəziri” adı altında “Lənkəran Xanının Vəziri” əsərini tərcümə edib ki, bu da onun Azərbaycan mədəniyyətinə nə qədər yaxın olduğunu bir daha sübut edir. Bu strateji qardaşlığı və ittifaqı izləyirik. Burada gənc nəsil təmsil olunur və onları bir-birinə yaxınlaşdırmaq üçün əlimizdən gələni etməliyik. Hamımız birlikdə bunun qeydinə qalmalıyıq”, – deyə Diaspora və Qafqaz Məsələlər Komitəsinin sədri bəyan etdi.

Novruz bayramı ilə bağlı keçirilən tədbirdə qanunverici, icraedici və yerli hakimiyyət orqanlarının nümayəndələri, habelə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri iştirak etdi.

“30 ildir ki, bəzən Marneulidə, bəzən Tbilisidə, bəzən Qardabanidə ayrılmaz bir bayrama çevrildi, onu həmvətənlərimizlə birlikdə qeyd edirik və ən əsası əvvəllər azərbaycanlıların dairəsində idisə, hazırda ümumi bir ümumi bayrama çevrildi. Bu bayramı qeyd edənləri təbrik etmək istəyirəm”, – deyə “Gürcü Arzusu” nun deputatı Sozar Subari bəyan etdi.

Tədbir Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundovun ev-muzeyi tərəfindən təşkil edildi. Muzeyin nümayəndəsi Leyla Əliyeva qonaqlara təşəkkür edərək tədbirin hər il keçirildiyini qeyd etdi.