Parlament çoxluğunun iclası bu gün saat 18:00-da keçiriləcək
Parlament çoxluğunun iclası bu gün saat 18:00-da keçiriləcək

“Gürcü Arzusunun” mərkəzi ofisində bu gün Parlament çoxluğunun iclası keçiriləcək.

İclas saat 18:00-a təyin olunub. İclasda güman edildiyinə görə, partiyanın sədri, Bidzina İvanişvili də iştirak edəcək.

Çoxluğun iclası barəsində avqustun 30-da deputat Nino Qoquqadze şərh verdi. Onun dediyinə görə, iclasda bir çox önəmli məsələ müzakirə olunacaq.

Suala ki, hökumət dəyişiklikləri planlaşdırılır ya yox, Nino Qoquadze bəyan etdi ki, bu məsələ çoxluqda müzakirə olunmayıb, halbuki mövcud məlumata görə, bu günki iclasda baş nazirin dəyişdirilməsi məsələsinin də müzakirəsi mümkündür.