Parlament çoxluğu parlament çıxışı barədə tarix təşəbbüsünü prezident administrasiyasından gözləyir
Parlament çoxluğu parlament çıxışı barədə tarix təşəbbüsünü prezident administrasiyasından gözləyir

Parlament çoxluğu prezident Giorgi Marqvelaşvilinin qanunverici orqanında illik hesabatla təqdim olunması tarixi ilə əlaqədar təşəbbüsü prezident administrasiyasından gözləyir

Parlamentin vitse-spikeri, Tamar Çuqoşvilinin bəyan etdiyinə görə, tarix hələlik razılaşdırılmayıb.

“Gürcüstan prezidentini parlamentdə gözləyirik. Tarix hələlik razılaşdırılmayıb və bu onlardan aılıdır. Beləliklə prezidenti gözləyirik və tarix onlarla birgə seçiləcək. Tarix barədə təşəbbüskarlar və qərar verənlər özləridirlərş Ümid edirəm dinləmə vaxtında olacaqdır”, – Tamar Çuqoşvilinin bəyan etdi

Reqlamentə əsaəsən, bir qayda olaraq, parlament prezidenti yaz sessiyasının birinci günü dinləyir.

Yaz sessiyası fevralın 6-da büro iclası ilə açılacaq, fevralın 7-dən isə plenar iclaslar keçiriləcək.