Parlament hökumətin yeniləşdirilmiş tərkibinin dinlənilməsinə və hökumət proqramının müzakirəsinə sabah başlayacaq
Parlament hökumətin yeniləşdirilmiş tərkibinin dinlənilməsinə və hökumət proqramının müzakirəsinə sabah başlayacaq

Parlament baş nazir Mamuka Baxtadzenin təqdim etdi hökumətin yeniləşdirilmiş tərkibinin dinlənilməsinə və “azadlıq, sürətli inkişaf, firavanlıq” adlı hökumət proqramının müzakirəsinə sabah saat 10:00-dan başlayacaq.

Gürcüstan parlamentinin sədri, İrakli Kobaxidzenin bu gün keçirilən büroda bəyan etdiyinə görə, saat 10:00-da iki birləşdirilmiş paralel komitə dinləməsi keçiriləcək.

Beş komitə hazırki Ədliyyə, Daxili İşlər və Müdafiə nazirlərini, həmçinin Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət nazirini dinləyəcək.

Altı komitədə isə, Bölgə İnkişaf və İnfrastruktur, hazırki Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı nazirləri, həmçinin İqtisadiyyat və Davamlı İnkişaf və Maliyyə nazirliyinə namizədlər dinlənəcəklər.

Saat 11:00-də Gürcüstan parlamentində daha iki komitə dinləməsi başlayacaq. Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinə namizəd və həmçinin hazırki işğal olunmuş ərazilərdən qaçqınların, səhiyyə və sosial müdafiə naziri dinləniləcək.

Həmçinin saat 11:00-də birləşdirilmiş komitədə hazırki Xİ nazirini dinləyəcəklər.

 

Şərh yaz