Parlament hökumətin yeni tərkibini təsdiq etdi
Parlament hökumətin yeni tərkibini təsdiq etdi

Gürcüstan Parlamentində bu gün növbədən kənar sessiyanın plenar iclası keçirildi. Burada deputatlar hökumətin yeni tərkibinə və hökumət proqramına etimadlarını 85 səslə bəyan etdilər.

Giorgi Qaxariyanın kabinetində yalnız bir yeni nazir var. Ədliyyə naziri vəzifəsinə Qoça Lortkipanidze təsdiq olundu.

Geridə qalan idarələr rəhbərlərini Parlament dəyişməz olaraq təsdiq etdi:

Böılgə İnkişaf və İnfrastruktur naziri – Maiya Tskitişvili; Daxili işlər naziri – Vakhtanq Qomelauri; İqtisadiyyat və davamlı inkişaf naziri – Natiya Turnava; Xarici İşlər Naziri – David Zalkaliani; Maliyyə naziri – İvane Maçavariani; Təhsil, elm, mədəniyyət və idman naziri – Mixeil Çxenkeli; İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze; Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Levan Davitaşvili; Müdafiə naziri – İrakli Ğaribaşvili; Barışıq və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri – Tea Axvlediani.

“Avropa dövləti quruculuğu üçün” dövlət proqramına gəldikdə, onun əsas hissəsi pandemiyaya qarşı mübarizəyə ayrılır.

Etimadın alınması üçün hökumətin tərkibinə 76 deputatın dəstəyi lazım idi.