Parlament qaşısında qaşıdurma baş verdi, polis ərazidən bir neçə nəfəri apardı (foto/video)

Rustaveli prospektində keçirilən aksiyadan bir neçə nəfəri apardılar.

Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, “Sirtsxvilia” hərəkatının bir neçə aktivisti yaxalanıb.

Elə onun məlumatına görə, yerində qarşıdurma baş verdi.

“Sirtsxvilia” hərəkatının aktivistləri, Parlamentin həndəvər ərazisinə odun aparmaq istəyirdilər. Buna hüquqmühafizəçilər imkan vermədilər.

Bununla yanaşı, hərəkatın üzvləri və orada olan şəxslər bəyan edirlər ki, saat 22:00-dan sonra hərəkət etməni qadağan edən Gürcüstan hökuməti tərəfindən qəbul olunan məhdudiyyətə tabe olmurlar.