Parlament qarşısında vətəndaşlar qrupunun etiraz aksiyası keçirilir
Parlament qarşısında vətəndaşlar qrupunun etiraz aksiyası keçirilir

Vətəndaşlar qrupu bu dəqiqələrdə Parlament binası qarşısında etiraz aksiyası keçirir. Onlar Parlament seçkiləri nəticələrinə etiraz edirlər. Aksiya iştirakçıları siyasi məhbusların azad edilməsi və Parlament seçkilərinin yenidən keçirilməsini tələb edirlər.

Aksiyaya toplaşanlar həmçinin, koronavirus ilə bağlı məhdudiyyətlərin ləğv olunmasını tələb edirlər, çünki hesab edirlər ki, məhdudiyyətlər diskriminasiyalıdır.

Aksiya iştirakçıları Parlament binası qarşısında çadır qurdular. Hadisə yerinə polis səfərbər olunub.