Parlament qarşısında etiraz aksiyası keçirilir
Parlament qarşısında etiraz aksiyası keçirilir

Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilir.

Aksiya iştirakçılarının dediyinə görə, onuncu çağırış Parlamenti legitim deyil və onun tərəfindən təsdiq olunan hökumətin, legitimasiyası ola bilməz.

Elə onların bəyan etdiyinə görə, oraya saxtalaşdırılmış protokolları apardılar.

“Biz buraya saxtalaşdırılmış protokolları gətirdik və bunları legrim olmayan Parlament, həmçinin legitim olamayan hökumətə etimadı elan edən kimi buraxacağıq. Biz artıq neçə gündür ki, çadırdayıq və bu etiraz, hakimiyyət total olaraq saxtalaşdırılmış seçkilər keçirildiyini dərk edənədək davam edəcək. Qeyri legitim və müxalifətin bir nümayəndəsi belə olmadığı birpartiyalı Parlamentdə oturmaq ayıbdır”, – “Gürcüstan naminə” hərəkatının nümayəndəsi, Nika Narsiya bəyan etdi.

Gürcüstan Parlamentində bu gün növbədən kənar sessiyanın plenar iclası keçiriləcək. Burada deputatlar hökumətin yeni tərkibinə və hökumət proqramına etimadlarını bəyan edəcəklər.