Parlament qarşısında aksiyada Gürcüstanın Birinci Kanalının üç operatoru və bir jurnalisti xısarıt aldı

Parlament qarşısında keçirilən aksiyada Gürcüstanın Birinci Kanalının üç operatoru və bir jurnalisti xısarıt aldı. Onlardan ikisinə yardım yerindəcə edildi, ikisini isə, klinikaya apardılar. Onlar orta ağır xəsarətlər alıblar.

Xüsusi təyinatlı dəstə üzvləri aksiya iştirakçılarını su təziqindən istifadə edərək dağıtmağa başladı. Daxili İşlər Nazirliyində bəyan edirlər ki, Parlament binasına soxulmaq, vətəndaşlar və polis işçilərinin sağlamlığının zədələnməsi və fiziki qarşıdurmanın başdan rədd edilməsi məqsədi ilə, polis qanun ilə nəzərdə tutulmuş xüsusi məcburi proporsional vasitələrdən istifadə edir.

Aksiyada durum bu gün bir neçə dəfə gərginləşdi.