Parlament bütün Gürcüstan miqyasında fövqəladə vəziyyətin elan edilməsini dəstəklədi
Parlament bütün Gürcüstan miqyasında fövqəladə vəziyyətin elan edilməsini dəstəklədi

Gürcüstan Parlamenti, koronavirus təhlükəsinə görə, bütün ölkə miqyasında fövqəladə vəziyyətin elan edilməsini dəstəklədi.

Qanunverici orqan məsələyi fövqəladə plenar iclasda müzakirə etdi və səs verməyə çıxartdı.

Fövqəladə vəziyyətin elan edilməsini 115 deputat dəstəklədi. 120-si isə, qeydiyyatdan keçmişdi.

Xatırladaq ki, Gürcüstanın baş naziri bu gün ölkədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət etdi və prezidentin qərarından sonra, fövqəladə vəziyyətlə bağlı qərar parlamentdə müzakirə olundu.