Parlament baş nazirin, xalq müdafiəçisinin və baş prokurorun illik hesabatını payız sessiyasında dinləyəcək
Parlament baş nazirin, xalq müdafiəçisinin və baş prokurorun illik hesabatını payız sessiyasında dinləyəcək

Gürcüstan Parlamenti baş nazirin, xalq müdafiəçisinin və baş prokurorun illik hesabatını payız sessiyasında dinləyəcək.

Qanunvericilik orqanına hər üç hesabat yazılı formatla yaz sessiyasında göndərildi, lakin plenar iclasda onların müzakirəsi baş verməmişdir.

Reqlamentə müvafiq olaraq, hökumət başçısı illik hesabatını iyunun sonuna qədər təqdim etməli idi, lakin 20 iyun hadisələrinə görə, Mamuka Baxtadzenin çıxışı təxirə salındı.

Reqlamentə uyğun olaraq, payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır və dekabrın üçüncü cümə günüsü bağlanır.