Parlament 51 müxalifətçi deputatın deputat səlahiyyətinin dayandrılması barəsində sabah müzakirə aparacaq
Parlament 51 müxalifətçi deputatın deputat səlahiyyətinin dayandrılması barəsində sabah müzakirə aparacaq

Parlament 51 müxalifətçi deputatın deputat səlahiyyətinin dayandrılması barəsində 26 yanvarda müzakirə aparacaq. Bu məqsədlə sabah prosedur məsələləri üzrə komitə iclası təyin edilib. Məruzəçi komitə sədri, İrakli Kadaqişvili olacaq.

Gündəmdə qeyd olunub ki, vaxtından əvvəl deputat səlahiyyətinin dayandrılması məsələsi qarşıdakı deputatlara aid olacaq – Teona Akubardiya, Armaz Axvlediani, David Bakradze, Levan Bejaşvili, Tinatin Bokuçava, Giorgi Botkoveli, Giorgi Godabrelidze, Roman Qotsiridze, Xatia Dekanoidze, Levan Varşalomidze, Giorgi Vaşadze, Qriqol Vaşadze, Abdullah İsmayılov, Manuçar Kvirkveliya, Vaxtanq Kikabidze, David kirkitadze, Tamar Kordzaiya, Nona Mamulaşvili, Paata Mancqaladze, Nika Maçutadze, Nikanor Meliya, Akaki Minasşili, Şalva Natelaşvili, Tariel Nakaidze, Koba Nakopia, Ana Natsvlişili, Ramaz Nikolaişili, Kaxaber Okriashvili, Salome Samadaşvili, Xatuna Samnidze, Qubaz Sanikidze, Sulxan Sibaşvili, Zaal Udumaşvili, David usupaşvili, Baçuki Kardava, şalva Şavqulidze, Tamar çarkviani, Sezar Çoçelıi, Nato Çxeidze, Ana Sitladze, Devi çankotadze, Levan Xabeişvili, Dilar Xabuliani, Mamuka Xazaradze, David Xacişvili, Ekaterine Xerxeulidze, Elene Xoştariya, Teymuraz Canaşiya, Badri Caparidze, Zarab Qirçi Caparidze.

Parlament yanvarın əvvəlində deputat səlahiyyətini “Vətənpərvərlər Aliyansının” üç üzvü – İrma İnaşvili, Giorgi Lomaiya və Qoça Tevdoradzenin dayandırdı. Onların yerinə Parlamentə partiyanın seçki siyahısının üzvləri Pridon İnciya, Qela Mikadze və David Zilpimiani daxil oldular.

Komitə müzakirəsindən sonra, qeyd olunan məsələ iclasa çıxarılacaq və müxalifətçi deputatların deputat səlahiyyətinin dayandrılması üçün 76 deputatın dəstəyi lazım gələcək. Qeyd olunan deputatlar səlahiyyətlərinin dayandırılması barəsində Parlamentə özləri müraciət etdilər. Səbəb olaraq isə, seçkilərin saxtalaşdırılmasını adlandırırlar.