Parkinson və Epilepsiya xəstələri üçün müalicə preparatları ucuzlaşacaq
Parkinson və Epilepsiya xəstələri üçün müalicə preparatları ucuzlaşacaq

Xronik xəstəliklərin müalicə medikamentlərinin təmin edilməsi proqramı çərçivəsində Parkinson və Epilepsiya xəstəliyi olanlar üçün müalicə preparatları ucuzlaşacaq, – bu barədə bəyanatı Səhiyyə Naziri Davit Sergeenko verdi.

Nazirin bəyanatına görə, ucuzlaşan medikamentlər əhali üçün xeyli güzəşt olacaq.

Sergeenkonun dediyinə görə, əhali müxtəlif xəstəliklərin müalicəsi üçün 35 medikamenti ucuz qiymətə alacaq, daha sonra isə, ucuzlaşan medikamentlər siyahısına yenə 60 preparat daxil ediləcək.

Proqram dörd xronik xəstəlikər üçün nəzərdə tutulub: ürək-damar, ağ-ciyər, qaxanabənzər vəz və şəkər xəstəlikləri.