Parisin Notr-Dam kilsəsində yanğın lokallaşdırılıb (foto)
Parisin Notr-Dam kilsəsində yanğın lokallaşdırılıb (foto)

Parisin Notr-Dam kilsəsində yanğın artıq nəzarət altındadır. Bu barədə Fransa mətbuatına yanğınsöndürmə xidmətinin mətbuat katibi, Qabriel Plius bəyan etdi. Onun şərhini “Fiqaro” nəşri yayır.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlərə təxminən doqquz saat lazım gəldi.

Parisin meri, Ana İdalqonun bəyan etdiyinə görə, kilsədə durum onun təsəvvür etdiyi qədər də ağır deyil.

Yanğınla bir neçə saat ərzində təxminən 400 yanğınsöndürən mübarizə aparırdı.

Yanğın nəticəsində kilsənin taxta damı tamamilə yandı. Əsas relikviyalar xilas olunub.

Parisin Notr-Dam kilsəsi  XII-XIV əsrlərdə tikilib. Kilsə Fransanın ən görəmli yerlərindən biridir.